Nazir: “Şuşa hər zaman mənəvi enerjimizin mənbəyi olub”


“Azərbaycanın dövlət başçısının işğaldan azad edilmiş əraziləri “Yaşıl məkan zonası” elan etməsi bu sahədə təşəkkül tapan və çiçəklənən siyasətin bariz nümunəsidir”.

Bunu energetika naziri Pərviz Şahbazov bu gün Şuşa şəhərində keçirilən Bakı Enerji Forumunun xüsusi sessiyasında bildirib.

“Bu il Şuşa şəhərinin 270 illiyi qeyd edilir və Azərbaycanda “Şuşa ili” elan olunub. Şuşa hər zaman bizim mənəvi enerjimizin mənbəyi olub. İşğaldan azad edilmiş ərazilərdə bir neçə milyon dollarlıq investisiya layihələri həyata keçiriləcək. Ötən il burada 4 ədəd kiçik su elektrik stansiyası istifadəyə verilib. Bu il isə daha 5 su elektrik stansiyasının istifadəyə verilməsi planlaşdırılır”, - deyə o, qeyd edib.

P. Şahbazov bütün bu addımların ölkədə karbod emissiyasının azaldılması üün həyata keçirildiyini vurğulayıb, BP və “Masdar” şirkəti ilə müqavilələrin imzalanacağını vurğulayıb.



Report
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri