Azərbaycan BMT-də Gürcüstanı dəstəkləyib


BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 76-cı sessiyası çərçivəsində Gürcüstan və 61 ölkənin təşəbbüskarı olduğu qətnamə qəbul olunub.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

“Gürcüstanın Abxaziya və Tsxinval bölgəsi/Cənubi Osetiyadan olan məcburi köçkün və qaçqınların statusu barədə” qətnaməni 95 ölkə dəstəkləyib, 12 ölkə əleyhinə səs verib, 56 ölkə isə səsvermədən imtina edib.

Azərbaycan və Türkiyə ötən illərdə olduğu kimi Gürcüstanın təqdim etdiyi qətnaməni dəstəkləyib. Ermənistan isə ənənəsinə sadiq qalaraq səsvermədə iştirak etməyib. Rusiya isə sənədin əleyhinə səs verib.

XİN-dən qeyd olunub ki, Gürcüstan adıçəkilən qətnaməni BMT Baş Assambleyasına 2008-ci ildən təqdim edir: “Qətnamə Gürcüstanın Rusiyanın işğal etdiyi bölgələrində baş verən zorakı demoqrafik dəyişiklikləri qınayır, etnik mənsubiyyətindən asılı olmyaraq, məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtması hüququnu təsdiqləyir və onların hüquqlarına hörmətlə yanaşılmasının və qorunmasının zəruriliyi qeyd edilib”.

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili humanitar məsələnin bütün dəstəkçilərinə təşəkkür edib.

Qeyd edək ki, 2008-ci ildən etibarən Azərbaycan BMT Baş Assamleyasında Gürcüstanın işğal altındakı ərazilərindən olan məcburi köçkün və qaçqınların öz torpaqlarına geri dönməsinə dair qətnamənin lehinə səs verir



Report
Şərhlər
Siyasət bölməsinin xəbərləri