ABŞ Azərbaycanın Aİ ölkələrinə daha çox təbii qaz tədarük edəcəyinə inanır
- 09.06.2022, 11:51,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycan təbii qazının Avropa İttifaqı (Aİ) ölkələrinə daha böyük həcmdə tədarük ediləcəyinə inanırıq. Bu, Rusiya təbii qazından asılılığı azaltmağa kömək edəcək”.
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger brifinqdə deyib.
“Azərbaycanla təbii qaz tədarükünü necə yüksəltməyi, hətta daha yaxşısı, ikiqat artırmağı müzakirə edirik”, - səfir bildirib.
Diplomatın sözlərinə görə, günəş və hidrogen enerjisi daxil olmaqla, “yaşıl enerji” mənbələrinə diqqət yetirməyə dəyər.
“Bu məsələdə Azərbaycanın rolu çox önəmlidir”, - Ö.Litzenberger əlavə edib.
Report