Nazir: "Bütün fənlərdən qızlar oğlanlardan yaxşı nəticə göstərir"


"Bütün fənlərdən qızlar oğlanlardan yaxşı nəticə göstərir".

Bunu təhsil naziri Emin Əmrullayev "Abituriyent" jurnalının 12-ci sayında təqdimatı zamanı çıxışında deyib.

Azərbaycan təhsilinin çox problemləri var və biz bunları danmırıq: "Misal olaraq, bəzi bölgələrdəki məktəblər paytaxta nisbətən daha yaxşı nəticə göstərir".

Nazir bildirib ki, rus bölməsi üzrə göstəricilər Azərbaycan bölməsi ilə müqayisədə aşağıdır: "Bir çox yaxşı nəticəli məktəblərdə bir çox fənlərdə nəticələr zəifdir. Bundan başqa, oğlanların təhsildəki keyfiyyəti ciddi problemə çevrilib. Bütün fənlərdən qızlar oğlanlardan yaxşı nəticə göstərir. Hətta riyaziyyat fənni üzrə həmişə oğlanlar üstünlük təşkil edirdisə, artıq builki təhlillər onu göstərir ki, nəticələr eyniləşib".




Report
Şərhlər
Sosial bölməsinin xəbərləri