BMT Baş Assambleyasının Prezidenti: "Azərbaycan 2030 Gündəliyinə nail olmaq istiqamətinə sadiqliyini nümayiş etdirib"

  


"Son beş il ərzində Azərbaycan 2030 Gündəliyinə nail olmaq istiqamətinə sadiqliyini nümayiş etdirib".

Bunu Report-a Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Prezidenti Abdulla Şahid deyib.

O qeyd edib ki, COVID-19 pandemiyası bütün sektorlar üzrə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaqda qlobal durğunluğa səbəb olub:

"Heç bir ölkə bu geriləmədən sığortalanmayıb. Mən bilirəm ki, BMT və onun tərəfdaşları Azərbaycanda DİM-ə nail olmaq istiqamətində çalışırlar və hökumətlə sıx əməkdaşlıq edirlər. Bu tərəfdaşlıq nəticəsində Azərbaycan dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən 17 DİM-i, 88 hədəfi və 119 göstəricini prioritetləşdirib. 2017 və 2019-cu illərdə iki Könüllü Milli Hesabatını (KMH) təqdim etməklə Azərbaycan 2019-cu ilədək MDB məkanında ilk olaraq iki KMH təqdim edən ölkə olub. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti, BMT-nin Azərbaycan hökumətinə göstərdiyi dəstəyin əlaqələndirilməsi üçün əsas tərəfdaş kimi fəaliyyət göstərən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasına dair fərman imzalayıb. Son beş il ərzində Azərbaycan 2030 Gündəliyinə nail olmaq istiqamətinə sadiqliyini nümayiş etdirib".

Müsahibənin tam versiyası ilə burada tanış ola bilərsiniz.
Şərhlər
Siyasət bölməsinin xəbərləri