Formula 1 Azərbaycan Qran Prisinin qalibi Maks Ferstappen Bakıda mətbuat konfransı verib
- 13.06.2022, 12:10,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Formula 1 Azərbaycan Qran Prisinin qalibi “Red Bull Racing Honda” komandasının pilotu Maks Ferstappen olub. Yarışdan dərhal sonra keçirilən mətbuat konfransında ilk üçlükdə yer alan digər pilotlar: “Red Bull Racing Honda” komandasının digər pilotu Serxio Peres və “Mercedes AMG Petronas Sport” komandasından Corc Rassel iştirak etmişlər.
LIVE.az xəbər verir ki, Bakıda ilk qələbəsini qeyd edən Maks Ferstappen ötən ilki uğursuzluqdan sonra Bakı trekində qalib gəlməyin həyəcanını yaşamaq barədə qeyd edib: “Baxmayaraq ki, burada ötmə etmək asan deyil, Baki treki özünəməxsusdur. Yarış həftəsonu boyu boliddə özümü rahat hiss edirdim. Şənbə günü bəzi çətinliklər yaşamağımıza baxmayaraq, qələbəmizə sevinirik”.
“Komanda ilə kommunikasiya qırıqlığı yaşasaq da, ümumilikdə yaxşı nəticə aldığımızı düşünürəm. Tempimizin üzərində işləməliyik”, - ikinci yerdə qərarlaşmış Peres söyləyib.
Xatırladaq ki, bu, Peresin Bakıda ümumilikdə dördüncü, Red Bull komandasının tərkibində isə ikinci podiumudur.
Corc Rassel bolidi sürməyin çətinlikləri barədə söz açıb: “Düşünürəm ki, hal-hazırda bolidin yırğalanmağı ən böyük problemimizdir. Amma rəqiblərin düşdüyü vəziyyətdən də istifadə etməyi bacarmaq lazımdır və biz belə də etdik”.
Qeyd edək ki, bu podium Rasselin Mercedes komandası ilə layiq görüldüyü ilk Bakı podiumudur.
Bu il də fərqli pilotun qalib gəlməsi ilə “Bakı sindromu” – hər yarış fərqli pilotun qalib gəlməsi ənənəsi davam edir.