2026-cı ildə dünya çempionatına ev sahibliyi edəcək şəhərlər müəyyənləşib
- 19.06.2022, 05:01,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarına ev sahibliyi edəcək bütün şəhərlər bəlli olub.
Bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) mətbuat xidməti məlumat yayıb.
Turnir ilk dəfə üç ölkədə keçiriləcək: ABŞ, Meksika və Kanada. ABŞ-da dünya kuboku matçlarına Kanzas-Siti, Hyuston, Atlanta, Dallas, Sietl, San-Fransisko, Los-Anceles, Boston, Filadelfiya, Mayami və Şərqi Ruterford (Nyu Cersi) ev sahibliyi edəcək. Turnir həmçinin Meksikanın üç şəhərində keçiriləcək: Mexiko, Monterre və Qvadalaxarada. Kanadada dünya çempionatının oyunlarına Vankuver və Toronto ev sahibliyi edəcək.
Final matçının keçiriləcəyi yer daha sonra açıqlanacaq. 2026-cı il dünya çempionatında ilk dəfə olaraq 48 komanda çıxış edəcək. Əvvəllər dünya çempionatlarında 32 komanda iştirak edirdi.
Futbol üzrə dünya çempionatı 1970 və 1986-cı illərdə Meksikada keçirilib. ABŞ 1994-cü ildə dünya çempionatının ev sahibi olub, Kanada isə ilk dəfə turnirə ev sahibliyi edəcək.