Rusiyanın keçmiş dövlət katibi Gennadi Burbulis Bakıda vəfat edib





1991-1992-ci illərdə Rusiyanın dövlət katibi və baş nazirin birinci müavini olmuş Gennadi Burbulis 77 yaşında vəfat edib.

Bu barədə TASS-a keçmiş dövlət katibinin qardaşı qızı Yuliya Burbulis məlumat verib.

Onun sözlərinə görə, G.Burbulis Bakıda dünyasını dəyişib.

Gennadi Burbulis 4 avqust 1945-ci ildə anadan olub, 1991-1992-ci illərdə Rusiya hökumət başçısının birinci müavini vəzifəsində çalışıb, Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin ən yaxın adamı olub. O, 1991-ci il dekabrın 8-də SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejsk sazişinin hazırlanmasında iştirak edənlərdən biri olub.


/// Rusiyanın keçmiş dövlət katibinin Bakıda ölümü ilə bağlı araşdırmalara başlanılıb


Rusiyanın sabiq dövlət katibi və Baş nazirin birinci müavini olmuş Gennadi Burbulisin Bakıda oteldə meytinin tapılması ilə bağlı Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsində araşdırmalara başlanılıb.

LIVE.az-ın mılumatın görə, bu barədə Report-a qurumun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, hazırda araşdırmalar davam etdirilir.

Xatırladaq ki, 77 yaşlı G.Burbulis iyunun 19-da Bakıda qaldığı oteldə vəfat edib.

G.Burbulis 1945-ci ildə avqustun 4-də anadan olub, 1991-1992-ci illərdə Rusiya hökumət başçısının birinci müavini vəzifəsində çalışıb, Rusiyanın ilk prezidenti Boris Yeltsinin ən yaxın adamı olub. O, 1991-ci il dekabrın 8-də SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejsk sazişinin hazırlanmasında iştirak edənlərdən biri olub.
Şərhlər
Siyasət bölməsinin xəbərləri