Ceyhun Bayramovla Sergey Lavrovun geniştərkibli görüşü başa çatıb

Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında geniştərkibli görüş başa çatıb.


////


“Azərbaycan üçün prioritet Ermənistanla münasibətlərin normallaşdırılması prosesi və regionda dayanıqlı sülhün təmin edilməsidir. Bu proses formatın girovu ola bilməz”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında ATƏT-in Minsk qrupunun taleyi ilə bağlı jurnalistin sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi Minsk qrupu ilə təmaslardan imtina etməyib: “Biz Minsk qrupundan onların gələcək rolu ilə bağlı baxışlarını açıqlamalarını
gözləyirdik”.


///


“ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırıb”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirilən birgə mətbuat konfransında bildirib.

O, bunun ABŞ-ın təşəbbüsü ilə baş verdiyini vurğulayıb.


Report
Şərhlər
Siyasət bölməsinin xəbərləri