İtalian Piazza festivalı çərçivəsində Bakıda italyan aşpazlar tərəfindən master klas keçirilib

 


 

İtalian Piazza festivalı çərçivəsində İyun ayının 24-ü CASA Kulinariya Mərkəzində dəvət olunmuş iki şef tərəfindən demo master klas keçirildi.

LIVE.az-a verilən məlumata görə, Azərbaycan Kulinariya Sənəti Mərkəzi (“CÀSÀ”) – kulinariya təhsili üzrə, City & Guilds London İnstitutu tərəfindən akkreditasiya olunmuş beynəlxalq standartlar və peşəkar diplom proqramlarını təklif edir. Həmçinin Mərkəzdə fərqlı təlimlər, master klaslar və qısa müddətli kurslar keçirilir.  

CASA Kulinariya Mərkəzində keçirilən Master klasa Şef Emanuele Mongillo və Şef Aleksandr Slutu dəvət olunmuşdu.

Emanuele Mongillo, İtaliyanın Campania bölgəsindəki kiçik Puglianello kəndindən olan istedadlı aşpazdır. O, indi Moskvada məşhur italyan restoranı Balzi Rossi-nin baş aşpazıdır və burada öz Aralıq dənizi üslubunu və inqrediyentlərə qulluq üçün fədakarlığını unikal orijinallığı ilə ifadə edir.
İtaliya, ABŞ, Avstraliya, BƏƏ, Sinqapur, Yaponiya, Nyu Yorkdakı "Sistina" və ya Sidneydəki "Quay" kimi dünyanın ən yaxşı Michelin ulduzlu restoranlarında çalışıb.

23-26 İyun tarixlərində o, Bakıya Festivala təşrif buyurdu, burada Landmark Hoteldə qala şam yeməyində qonaq aşpaz oldu. O, CASA mərkəzində xüsusi menyuya əsasən nümayiş təqdim etdi, italyan pastası, pomidor salatı və ördək ətindən proşutto hazırladı.

  Pizzaiolo ustası Aleksandr Slutu Ukraynada anadan olub və yeniyetmə ikən İtaliyaya köçüb, burada 16 yaşında Neapolitan pizza ustalarının bütün ənənələrini və sirlərini mənimsəyib.

2018-ci ildə o, dünya üzrə İtaliya Pizzaiolo Federasiyasının üzvü olub. Bundan sonra Aleksandr sevgisindən Moskvaya uçdu və burada +39 Pizzeria & Mozzarella Bar restoranında Pizzaiolo-nun aşpazı oldu.

Odunla qızdırılan Vezuvi lava daşı sobasında bişmiş ənənəvi Neapolitan pizzasına sadiq qalan aşpaz CASAda maraqlı master klas təqdim etdi, bir neçə növ xüsusi dada malik italyan pizzası hazırladı.

Master klaslar böyük maraqla qarşılandı.


Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri