İranın XİN başçısı: “Tehran-Bakı-Ankara görüşü gündəmimizdəki ən vacib məsələlərdəndir”

“Tehran-Bakı-Ankara görüşü gündəmimizdə olan ən vacib məsələlərdən biridir”.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian deyib.

Nazir qeyd edib ki, üçtərəfli əməkdaşlıq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə müzakirə mövzusu olub. Eyni zamanda Qafqazla bağlı vacib məsələyə toxunulub, 3+3 platformasından danışılıb, Tehran-Bakı-Ankara görüşündən bəhs edilib.

Yəməndə davam edən vətəndaş müharibəsinə toxunan xarici siyasət idarəsinin rəhbəri İranın daimi atəşkəsi dəstəklədiyini bildirib.

“Eyni zamanda Liviyada bütöv, inteqrasiyalı və vahid dövlətin qurulmasının tərəfdarıyıq. Liviyanın ərazi bütövlüyü bizim üçün önəmlidir. Ukrayna və Əfqanıstan məsələsinə toxunduq”, - İranın XİN başçısı qeyd edib.

Türkiyə mətbuatı daha əvvəl yaydığı açıqlamada İran və Türkiyənin xarici siyasət idarələri rəhbərlərinin görüşündə Azərbaycanla üçtərəfli əməkdaşlıq məsələsinə də toxunulduğunu açıqlayıb. İranın XİN başçısı Türkiyəyə səfəri çərçivəsində dünən Prezident Rəcəb Tayyib Ərdoğanla da görüşüb.






Report
Şərhlər
Siyasət bölməsinin xəbərləri