Bakıda "Best Model of Azerbaijan 2022" keçiriləcək

 



28 iyun Best Model of Azerbaijan 2022 - nin Milli Direktoru Elxan Paşayev-in təşkilatçılığı ilə Hypnoze Baku-da müsabiqənin başlanması və Best Model of the World 2021-ci il üzrə Aydan Yeşildağ-ın ölkəmizə qazandırdığı qalibiyyətlə bağlı tanınmış bir çox televiziya və media nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilmişdir. 

Konfransın əsas məqsədi möhtəbər müsabiqənin yenidən doğma Vətənimizə qayıtmağı və ev sahibliyi etməsidir.Mətbuat konfransıda müsabiqənin başlanması, bu il keçiriləcək tədbirlərin qısa xülasəsi və gözlənilən təşkilatçılıq ilə bağlı ətraflı məlumat verilmişdir. 

Mətbuat konfransında rəssam-modelyer, əməkdar incəsənət xadimi,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi Fəxriyyə xanım Xələfova və tanınmış Modelyer və dizayner Yeganə xanım Sadıxova juri kürsüsündə əyləşərək müsabiqənin davam edəcəyi müddət ərzində öz tövhə və gənclərə verəcəkləri xüsusi dəstəyi ifadə edilmişdir. 

Müsabiqə üzrə iştirak etmək istəyən model xanım və bəylər üzrə 10.07.2022-ci il tarixində keçiriləcək seçim turu və iştirakçılar üçün lazımlı tələblər haqqında məlumat öz əksini tapmışdır. Müsabiqənin təşkilatçısı və milli direktoru Elxan Paşayev-in verdiyi müsahibə əsasında müsabiqə Finalının oktyabr ayında Baku Crystall Hall-da keçiriləcəyi media nümayəndələrinə çatdırılmışdır. Model olub məhşurlaşmaq və ölkənin ən nüfuzlu müsabiqəsində iştirak etmək istəyən xanım və bəy modellərimizi Seçim turumuza dəvət edirik. Casting TAM ÖDƏNİŞSİZDİR.

Tələblər:

- Yaş 16-30
- Boy xanımlar 1.65-dən bəylər 1.80-dən başlayaraq
- Şəxsiyyət vəsiqəsi
- Səlist danışıq qabiliyyəti


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri