Borrel: “Rusiyanın Kremençuqa zərbə endirməsi dinc sakinlərin həyatına laqeydlikdir”
- 29.06.2022, 11:41,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Rusiyanın Kremençuqda yerləşən ticarət mərkəzinə raket zərbəsi endirməsi dinc sakinlərin həyatına laqeydliyi nümayiş etdirir”.
Bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel tviterdə yazıb.
“Rusiyanın Kremençuqda yüzlərlə insanın olduğu ticarət mərkəzinə raket zərbəsi endirməsi onun Ukrayna dövlətinə və xalqına qarşı amansız müharibə apardığını bir daha xatırladır. Bu, dinc sakinlərin həyatına laqeydliyi nümayiş etdirir və bu laqeydliyə görə rejim məsuliyyət daşıyacaq”, - Borrel yazıb.
Report