Conson Finlandiya, İsveç və Türkiyə arasında NATO-ya üzvlüklə bağlı razılaşmanı alqışlayıb

Böyük Britaniyanın Baş naziri Boris Conson Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı razılıq verməsini alqışlayıb.

Bu barədə Boris Conson tviterdə yazıb.

"NATO sammitinə başlayarkən fantastik xəbər. İsveç və Finlandiyanın üzvlüyü bizim parlaq ittifaqımızı daha güclü və təhlükəsiz edəcək", - Britaniya hökumətinin başçısı yazıb.

Qeyd edək ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilməsinə razılıq verib.
Şərhlər
Dünya bölməsinin xəbərləri