Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşıb
- 29.06.2022, 11:47,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,5 ABŞ dolları, yaxud 2,05 % artaraq 124,68 ABŞ dolları təşkil edib.
Hərraclarda “Brent” markalı neftin avqust fyüçersləri 117,09 ABŞ dollardan satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.