Liz Trass: “Yeni Minsk razılaşmalarının bağlanmasına yol vermək olmaz”



“Kiyevə aşkar qələbə lazımdır, ona görə də yeni Minsk razılaşmalarının bağlanmasına yol vermək olmaz”.

Bunu “Journal du Dimanche” qəzetinə müsahibəsində Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib.

Nazir bildirib ki, o, razılaşmalara qarşıdır: “Çünki sənəd zəif düşünülsə, Rusiya prezidenti Vladimir Putin qüvvələrini yenidən toplaya və hücuma keçə bilər. Ona görə də biz yeni Minsk razılaşmasını qəbul edə bilmərik. Ukraynaya öz təhlükəsizliyini bərpa edəcək xalis qələbə lazımdır”.

O, bu məsələni Fransa təmsilçisi ilə müzakirə etdiyini qeyd edib və əlavə edib ki, bütün müttəfiqlər bu fikirlə razıdırlar.



Report
Şərhlər
Dünya bölməsinin xəbərləri