Mövlud Çavuşoğlu: "Azərbaycanla hər mərhələdə məsləhətləşirik"


"Can Azərbaycanla hər mərhələdə məsləhətləşirik".

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, indiyədək Vyana Türkiyə ilə Ermənistan arasında xüsusi nümayəndələrin üç görüşünə ev sahibliyi edib: "Bunun üçün Avstriyaya minnətdarıq. Amma bundan sonrakı müzakirələr niyə Türkiyədə və ya Ermənistanda olmasın? Artıq xüsusi nümayəndələr heç bir vasitəçi olmadan müzakirələr apara bilirlər. Etimad yaradan bəzi addımlar atılıb. Azərbaycanla Ermənistan arasında normallaşmanı dəstəkləyirik. Regionda daimi sabitliyə ehtiyacımız var. Cənubi Qafqazda daimi sabitlik üçün birgə çalışmalıyıq. Ermənistana kənardan edilən təzyiqlər buna mane olur”, - o bildirib.




Report
Şərhlər
Siyasət bölməsinin xəbərləri