Yaxın 8 ildə süni intellekt əsaslı kibertəhlükəsizliyə investisiyalar 190 milyard dollara çatacaq
- 05.07.2022, 13:05,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2030-cu ilə qədər qlobal kibertəhlükəsizlik bazarında süni İntellektə (Artificial Intelligence – AI) yatırılacaq investisiyanın məbləği 189,5 milyard ABŞ dollarına çatacaq.
Bu barədə ABŞ-da yayılan qlobal “AI in the Cyber Security Market” hesabatında bildirilir.
Ümumilikdə 150 ölkədə aparılmış araşdırma nəticəsində hazırlanan sənədə görə, 2020-ci ildə bu rəqəm 16 milyard ABŞ dolları olub.
Sənəddə qeyd edilir ki, 2021-2030-cu illərdə AI-ya ayrılan investisiyaların məbləği illik ortalama 28,2% artacaq.
Bu sahəyə sərmayələri artıran şirkətlər sırasında IBM, “Check Pint Software Technologies Ltd”, “Intel Corporation”, Cisco Systems Inc.”, “Symantec Corporation” və s qlobal koroproasiyaların adları yer alıb.
Süni İntellektin əsasən nitqin tanınması, şəkillərin və təbii dilin emalı, həmçinin maşın öyrənilməsində daha çox istifadəsi nəzərdə tutulur.
Bu prosesdə ABŞ, Kanada, Meksika, Birləşmiş Krallıq, Almaniya, Yaponiya, İtaliya, Fransa kimi ölkələr aktivlik nümayiş etdirir.
Report