"Qarabağ" Çempionlar Liqasına məğlubiyyətlə başlayıb
- 06.07.2022, 14:57,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.
Azərbaycan komandası I təsnifat mərhələsinin ilk oyununda Polşa "Lex"inin qonağı olub. Poznan şəhərindəki eyniadlı stadionda oynanılan qarşılaşma meydan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
41-ci dəqiqədə hesab açılıb. Meydan sahiblərinin birinci hissədəki yeganə təhlükəli hücumu qolla nəticələnib. Mikael İshak sağ cinahdan iti ötürmə zamanı Maksim Medvedevin kobud səhvindən yararlanaraq, topu bir toxunuşla qapıdan keçirib. “Qarabağ” fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıb.
"Qarabağ" futbolçularının səylərinə baxmayaraq, hesabı bərabərləşdirmək mümkün olmayıb və Qurban Qurbanovun baş məşqçi olduğu komanda ilk görüşdə Polşa çempionuna uduzub.
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq.
Bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə qarşılaşacaq. Uduzan komanda isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Slovan" (Bratislava, Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün məğlubu ilə üz-üzə gələcək.