Şri-Lankada prezident iyulun 13-də istefa verəcək




Şri-Lanka Prezidenti Qotabaya Rajapaksa iyulun 13-də dövlət başçısı vəzifəsini tərk edəcək.

Bu barədə ölkə parlamentinin spikeri Mahinda Yapu Abeivarden bildirib.

Rajapaksa spikerə müvafiq qərarı barədə məlumat verib.

Bundan əvvəl "Reuters" məlumat yayıb k, ada dövlətinin prezidenti təhlükəsiz yerə aparılıb.

Qeyd edək ki, Şri-Lankada daha əvvəl baş nazirin iqamətgahının ərazisinə daxil olan etirazçılar hökumət binasını yandırıblar. Minlərlə etirazçı Kolombo küçələrinə çıxaraq hazırkı dövlət başçısının istefasını tələb edib. Onlar Rajapaksanın iqamətgahına soxulublar. 30-dan çox insan yaralanıb. Etirazlar fonunda Vikramasinkh vəzifəsini tərk etməyə razılaşıb.

///


Şri-Lanka partiyalarının liderləri parlamentdəki fövqəladə toplantıdan sonra parlament sədrinin ölkənin müvəqqəti prezidenti olması barədə konsensusa gəliblər.

Bu barədə “Associated Press” müxalifətdən olan deputat Rauf Hakimin bəyanatına istinadən məlumat yayıb.

Eyni zamanda, partiya liderləri hesab edirlər ki, parlament spikeri müvəqqəti prezident səlahiyyətlərini icra etməlidir və keçid hökuməti qurmağa çalışmalıdır.

Qeyd edək ki, aprelin əvvəlindən Şri-Lankada yaşayış şəraitinin pisləşməsi, yanacaq, ərzaq və zəruri malların çatışmazlığına qarşı kütləvi etirazlar davam edir. COVID-19 pandemiyası səbəbindən ölkəyə xarici turistlərin az gəlməsi valyuta ehtiyatlarının azalmasına gətirib çıxarıb. Bu şəraitdə Şri-Lanka hakimiyyəti resurslara qənaət tətbiq etməyə və idxalı azaltmağa məcbur olub. Nəticədə mart ayında inflyasiya 25%-ə çatıb. Xarici borclanma və iqtisadi böhranla mübarizəyə ölkənin 51 milyard dollara çatan xarici borcu əngəl törədir.

Etiraz aksiyalarından sonra Şri-Lanka Prezidenti Qotabxai Racapaksa Baş nazir, qardaşı Mahinda Racapaksanın və hökumətin istefasını qəbul edib.




Report
Şərhlər
Dünya bölməsinin xəbərləri