"SpaceX" daha 46 "Starlink" peykini kosmosa göndərir



“SpaceX” şirkəti “Starlink” mikropeyklərinin növbəti qrupu ilə yüklü “Falcon 9” daşıyıcı raketi kosmosa göndərib.

Bu barədə şirkətin saytında canlı yayım aparılır.

Vandenberq Hərbi Hava Qüvvələri bazasından (ABŞ, Kaliforniya ştatı) buraxılış Bakı vaxtı ilə 05:39 baş tutub. 46 mikropeyk Yer orbitinə buraxılacaq.

Qeyd edək ki, “Starlink” şəbəkəsi 260 kq ağırlığında çoxlu sayda cihazları yerləşdirməklə internetə çıxışı təmin etmək üçün nəzərdə tutulub. “SpaceX” hesab edir ki, ümumilikdə 11 000 peykin orbitə çıxarılması və istismara verilməsi 10 milyard dollara başa gələcək. Şirkət əmin edir ki, 5G standartına uyğun gələn 1 Qbit/s sürətlə genişzolaqlı internetə çıxış təmin edə biləcək. 2019-cu ilin may ayından etibarən “SpaceX” 2 500-dən çox “Starlink” peykini orbitə çıxarıb.
Şərhlər
Texnologiya bölməsinin xəbərləri