IMF Azərbaycanın sosial yardımın ünvanlılığını yaxşılaşdırmaq planlarını alqışlayır
- 11.07.2022, 16:02,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Beynəlxalq Valyuta Fondu (IMF) ərzaq məhsullarının bahalaşmasının təsirlərini yumşaltmaq üçün mövcud büdcə məkandan istifadə etməyi məqsədəuyğun hesab edir və Azərbaycan hökumətinin sosial yardımın ünvanlılığını yaxşılaşdırmaq planlarını alqışlayır.
Bu barədə IMF-in mayın 25-dən iyunun 7-dək Bakıda keçirilmiş IV maddə üzrə məsləhətləşmələrin yekunlarına dair yekun bəyanatında deyilir.
“Qeyri-neft gəlirləri və xərcləmə intizamının yüksək göstəricilərini nəzərə alaraq, hökumətin Ukraynadakı müharibənin nəticələrini və əhali üçün yüksək ərzaq qiymətlərini yumşaltmaq üçün maliyyə imkanları var. Hökumət həssas təbəqələri yüksək ərzaq qiymətlərindən qorumaq, o cümlədən pensiyaya düzəlişlər və ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə büdcə tədbirləri həyata keçirib”, - IMF bildirir.
Qeyd edək ki, bu tədbirlərə minimum əməkhaqqının və minimum pensiyanın 20 %, o cümlədən sosial müavinətlərin 35 % artırılması daxildir. Bundan əlavə, un istehsalçılarına verilən subsidiyaların müddəti uzadılıb və növbəti bildirişə qədər qüvvədə qalacaq, buğda, buğda unu və çörəyin ƏDV-dən azad edilməsi isə 2024-cü il yanvarın 1-dək uzadılıb. 2021-22-ci illər üzrə ümumi sosial paket 2,1 milyard manat (ÜDM-in 1,6 %-i) təşkil edir və 3,5 milyon insanı əhatə edir.
IMF sosial xərclərin artımının qeyri-neft gəlirlərinin proqnozlaşdırılan güclü artımı ilə dəstəkləndiyini və maliyyə dayanıqlığı üçün risk yaratmadığını vurğulayır: “Fondun işçiləri irəli gedərək hökumətin sosial cəhətdən həssas ailələr haqqında məlumatların rəqəmsallaşdırılmasını təkmilləşdirməklə sosial yardımın ünvanlılığını yaxşılaşdırmaq planlarını qeyd edirlər”.
IMF analitiklərinin fikrincə, hazırda reyestrdə ev təsərrüfatlarının maddi vəziyyətinin tam qiymətləndirilməsinə imkan verməyən informasiya boşluğu var: “Bu il bu boşluğu doldurmaq üçün bir neçə rayonda pilot layihənin həyata keçirilməsi nəzərdə tutulur”.
Report