ÜST: “Meymunçiçəyi virusu bizdən kollektiv diqqət və koordinasiyalı hərəkət tələb edir”


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru gələn həftə, yaxud tələb olunarsa daha tez Fövqəladə Hallar Komitəsinin yığıncağını keçirəcək.

Bu barədə mediaya ÜST-dən bildirilib.

“Meymunçiçəyi virusunun yayılmasının qarşısını almaq bizdən kollektiv diqqət və koordinasiyalı hərəkət tələb edir. Bura ictimai səhiyyə tədbirləri, o cümlədən epidemioloji nəzarət, əlaqələrin izlənməsi, təcrid, xəstələrə qulluq, həmçinin risk qruplarının və ədalətli paylanmanın təmin edilməsi üçün vaksinlər və müalicə üsulları kimi tibbi alətlərin əlçatanlığı daxildir”, - ÜST-ün Mətbuat Xidmətindən deyilib.

Xatırladaq ki, Azərbaycanda hələlik meymunçiçəyi xəstəliyinə yoluxma halı müşahidə olunmayıb, lakin iyunun 30-na olan məlumata əsasən, 58 ölkədə 5322 virusa yoluxma və 1 ölüm halı qeydə alınıb.

Meymunçiçəyi əsasən, mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində, tropik meşələrin yaxınlığında yayılan nadir xəstəlikdir.



Report
Şərhlər
Dünya bölməsinin xəbərləri