Azərbaycan-Gürcüstan-Ermənistan XİN başçıları regional sabitliyi müzakirə ediblər





Tbilisidə Azərbaycan-Gürcüstan-Ermənistan XİN başçıları arasında keçirilən görüşdə regional məsələlər müzakirə olunub.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Görüşdə Gürcüstan və Azərbaycan arasında mövcud strateji tərəfdaşlıq, həmçinin Gürcüstanın Ermənistanla çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri məmnunluqla qeyd olunub.

Regionda sabitliyin və dinc inkişafın təmin olunması üçün birgə səylərin vacibliyi vurğulanıb. Bu kontekstdə Gürcüstan tərəfi iki ölkənin XİN başçısının Tbilisiyə səfərini alqışlayıb, bölgədə sülh və sabitliyin təşviqinə hazırlığını bir daha ifadə edib.



Report
Şərhlər
Siyasət bölməsinin xəbərləri