Britaniya HHQ-nin Qərargah rəisi: “Rusiya ilə mümkün birbaşa münaqişəyə hazır olmalıyıq”
- 17.07.2022, 17:27,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Rusiya ilə mümkün birbaşa münaqişəyə hazır olmalıyıq”.
Bu barədə “Sky News”a Böyük Britaniya Hərbi Hava Qüvvələrinin Qərargah rəisi Maykl Uiqston deyib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynada hərbi əməliyyatını davam etdirməsi London və Avropa üçün təhlükədir.
“Heç bir şübhəm yoxdur ki, Rusiya Britaniya və Avropanın təhlükəsizliyinə ən ciddi təhdiddir. Onun təkcə Ukraynada deyil, ondan əvvəl Gürcüstandakı hərəkətlərinə baxın. Mən şübhə etmirəm ki, biz məhz bu aydın və ani təhlükəyə hazır olmaq üçün məşq edirik. Biz əlbəttə ümid edirik ki, vəziyyət gəlib buna çıxmayacaq”.
O qeyd edib ki, Böyük Britaniya Rusiya ilə müharibə edə bilər: “Belə bir ssenari yalnız Moskvanın Britaniya ərazisinə və ya NATO üzvü olan dövlətlərdən birinə hücum edəcəyi halda mümkündür”.
Report