Karen Donfrid Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü yüksək qiymətləndirib


Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tbilisi şəhərində baş tutan ilk birbaşa görüşünü yüksək qiymətləndirib.

Bu barədə Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığında bildirib.

Karen Donfrid tərəflər arasında birbaşa təmasların davam etdirilməsinin vacibliyini vurğulayıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri