Azərbaycandan turist axını 2 dəfədən çox artıb

Bu ilin yanvar-iyun ayları ilə Azərbaycandan xaricə 680,8 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çox ölkə vətəndaşı gedib.

Buu live.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Ölkə vətəndaşlarının 47,6 %-i Türkiyəyə, 15,7 %-i Rusiyaya, 13,3 %-i İrana, 8,1 %-i Gürcüstana, 15,3 %-i digər ölkələrə səfər edib. Onların 65,9 %-ni kişilər, 34,1 %-ni isə qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedənlərin sayı 5,2 dəfə, Türkiyəyə gedənlərin sayı 2,7 dəfə, Gürcüstana gedənlərin sayı 2 dəfə, Rusiyaya gedənlərin sayı isə 29,1 % artıb.

Xaricə səfər etmiş Azərbaycan vətəndaşlarının 55,4 %-i hava, 42 %-i dəmir yolu və avtomobil, 2,6 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri