"Qarabağ" Bakıda "Sürix"i məğlub edib


"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

 Live.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda II təsnifat mərhələsinin ilk görüşündə Bakıda İsveçrə "Sürix"i ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan qarşılaşma "köhlən atlar"ın üstünlüyü ilə başlayıb. 17-ci dəqiqədə Kadi Borges hesabı açıb.  27 yaşlı seneqallı hücumçu 36-cı dəqiqədə istəyinə çataraq qonaqları növbəti dəfə məyus edib.

 65-ci dəqiqədə Lindrit Kamberi hesab arasındakı fərqi azaltmağa müvəffəq olub.  Bir dəqiqə sonra İbrahima Vadji özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. 85-ci dəqiqədə Mirlind Kryeziu penaltini dəqiqə yerinə yetirməklə hesab arasındakı fərqi minimuma endirib.

Beləliklə, "Qarabağ" ilk görüşdə rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Komandalar arasındakı cavab oyunu iyulun 27-də keçiriləcək. "Sürix"i üstələyəcəyi təqdirdə, "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Əks halda, Azərbaycan təmsilçisi Avropa Liqasının eyni raundunda "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) cütünün məğlub komandası ilə görüşəcək.
Şərhlər
İdman bölməsinin xəbərləri