Eyyub Yaqubov "Yaşıl Teatr"da konsert verdi

 


20 iyul tarixlərində Yaşıl teatrın səhnəsində "Big Band sound pro" -nun müşayiətilə  Respublikasının xalq artisti Eyyub Yaqubovun möhtəşəm  konserti baş tutdu.

Eyyub Yaqubovun yaradıcılığının pərəstişkarları sevimli sənətçinin həm klassik hitlərindən, həm də yeni mahnılarından həzz ala bildilər. Gözəl melodiyalar, sözlər və ifa səmimiyyəti Əyyub Yaqubova uzun illər yaradıcılığını müşayiət edən əsl xalq sevgisi və sadiq pərəstişkarları bəxş etmişdir.

Konsertin bədii rəhbəri, estrada müğənnisi Fuad Musayev isə açıqlamasında Eyyub Yaqubovla birlikdə çalışdığı üçün böyük sevinc hissi yaşadığını bildirib:

“Bütün  biletlər hamısı satılıb, bu da Eyyub bəyin necə sevildiyinin bir nümunəsidir. Məni bədii rəhbər olaraq Eyyub bəy dəvət edib,  mən də sevə-sevə qəbul etmişəm. Tamaşaçıları bu konsertdə keyfiyyətli musiqi gözləyir”.
Tədbirin aparıcısı Əməkdar artist Elnur Kərimov olub.O səhnədən  bütün jurnalistləri qarşıda gələn Mətbuat günü münasibəti ilə təbrik edib.

Günün əsas səbəbkarı Eyyub Yaqubov  mediaya açıqlamasında “Baxmayaraq ki, illərdir təcrübəm var, ancaq yenə də ilk günkü həyəcanı yaşayıram” deyib:
“Sevinirəm ki, Bakımızın gözəl məkanında növbəti konsertimizi veririk. Əziz tamaşaçılarımla görüşmək mənim üçün çox xoşdur. Hər kəsə sevgi dolu günlər arzu edirəm”.

Konsertdə Dövlət Televiziyasının solisti Fuad Musayev Azərbaycan və dünya musiqisindən nümunələr təqdim edib. Onun Natavan Cəbizadə ilə oxuduğu " Шуша, с возвращением домой! "  mahnısı hamının zövgünə oxşayıb.

Cavan Zeynallı gözəl ifaları ilə konsertə rəng qatıb.
Gecənin kulminasiyasi isə Eyyub Yaqubovun və Cavan Zeynallının piano dueti olub.

Gecə anşlaqla başa çatdı,  konsert boyu alqışlar və “Bravo!” nidaları səsləndi.


Qeyd edək ki, Eyyub Yaqubov eyni konsert proqramı ilə bugündə Yaşıl teatrda çıxış edəcək.











 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri