2026-cı ilədək Azərbaycanda bərpa olunan enerjinin payı 24 %-ə çatdırılacaq


Azərbaycanda elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payı 2026-cı ilədək 24 %-ə çatdırılacaq.

 Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

Strategiyada qeyd edilir ki, bu, 2030-cu ilədək 30 % hədəfinə uyğun olacaq.

Bildirilir ki, energetika sektorunda tənzimləmə mühiti təkmilləşdiriləcək və liberal bazar prinsipləri tətbiq olunacaq: “Bərpa olunan enerji mənbələrindən istifadə artırılacaq, enerji səmərəliliyi təmin ediləcək. İqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadə genişləndiriləcək”.

Strategiyada vurğulanır ki, nəticədə, energetika sahəsində dövlətin maliyyə yükü azaldılacaq və subsidiyaların mərhələli şəkildə aradan qaldırılması reallaşdırılacaq.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri