"Əl-Cəzirə" Media İnstitutunun əməkdaşı: "Qürur hissi yaradacaq yerdə - Şuşada, belə forumda iştirakdan fəxr hissi duyuruq"


"Qürur hissi yaradacaq yerdə - Şuşada, belə forumda iştirakdan fəxr hissi duyuruq".

Bunu "Əl-Cəzirə" Media İnstitutunun təlimlər üzrə meneceri Mohammad Talal Abdulkarim Şuşada keçirilən Beynəlxalq Media Forumunda çıxışı zamanı söyləyib.

"Medianı elə etməliyik ki, media hamının güvəndiyi struktur olsun. Bu baxımdan, hamımızın üzərinə məsuliyyət düşür. Jurnalistlər tarixi yazanlardır. Bu, 100 % doğrudur", - o qeyd edib.

Bakıda səfərdə ikən muzeydə ötən 150 ildə dərc edilmiş qəzetlərlə qarşılaşdığını vurğulayan ekspert həmin nəşrlərin bu günədək gəlib çıxmasında başlıca səbəbi olaraq onların etibarlı və oxunaqlı olmasını göstərib.


Report
Şərhlər
Sosial bölməsinin xəbərləri