"Anadolu"nun baş redaktoru Şuşada beynəlxalq forumda çıxış edib
- 22.07.2022, 16:48,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Feyk nyus" və "dip feyk"i müzakirə edərkən deyə bilərəm ki, bu, demokratiya problemi deyil, sosioloji və psixoloji məsələdir".
Bunu "Anadolu" agentliyinin baş redaktoru Yusuf Özhan Şuşada keçirilən Beynəlxalq Media Forumunda çıxış edərkən deyib.
"Məsuliyyət, şəxsiyyət, jurnalistin xarakteri, psixoloji olaraq gücü və qabiliyyəti artıq bir çox məsələnin qabağına keçib. Çünki misal üçün, çox güclü manipulyator olaraq özünüzü jurnalist kimi təqdim edə bilərsiniz. Bunu əngəlləmək çox çətindir. Mediadakı etika ilk növbədə jurnalistin şəxsiyyəti ətrafında qurulmalıdır", - o bildirib.
Report