Türkiyə, Rusiya və Ukrayna arasında taxıl ixracına dair saziş imzalanıb
- 23.07.2022, 02:33,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə, Ukrayna və Rusiya nümayəndələri arasında Ukraynadan taxıl ixracına dair saziş imzalanıb.
Imzalanma mərasimi İstanbulda keçirilib.
Sazişi Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Rusiaynın müdafiə naziri Sergey Şoyqu və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov imzalayıblar.
Saziş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT Baş katibi Antonio Quttereşin iştirakı ilə imzalanıb.
Sənədə əsasən, Ukrayna taxılının Qara dənizdən təhlükəsiz ixracı təmin olunacaq.
Report