Çempionlar Liqası: "Qarabağ" III təsnifat mərhələsinə yüksəlib
- 27.07.2022, 23:44,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.
Live.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda İsveçrədə "Sürix"lə qarşılaşıb.
"Letsiqrund" stadionunda oynanılan görüşü FIFA prezidenti Canni İnfantino da izləyib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
Azərbaycan çempionunu 2-ci dəfə meydanın mərkəzinə dəvət edib. Beləliklə, Bakıdakı ilk oyunda “Qarabağ” 3:2 hesablı qələbə qazandığından, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb.
98-ci dəqiqədə Kvabena Ovusu hesaba yenidən tarazlıq gətirib.
“Qarabağ” səfərdəki heç-heçədən sonra adını III təsnifat mərhələsinə yazdırıb. Ağdam klubunun növbəti raunddakı rəqibi "Slovan" (Bratislava, Slovakiya) - "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi olacaq.
Azərbaycan çempionu mərhələ adlamaqla, ən azı Konfrans Liqasının qrupuna vəsiqəni təmin edib.