Səfir: “İsrail və Azərbaycan arasında iqtisadi əməkdaşlıq inkişaf edir”



“Azərbaycan və İsrail arasında iqtisadi münasibətlər inkişaf edir”.

Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik tviter səhifəsində yazıb.

“Hər iki ölkənin inkişafına öz töhfəsini verəcək bu vacib əməkdaşlığın qurulması münasibətilə Azərbaycan İnvestisiya Şirkəti” ASC-ni və İsrailin “OurCrowd” şirkətini təbrik edirik”, - paylaşımda deyilir.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) və İsrailin aparıcı qlobal kapital kraudfandinq platforması olan "OurCrowd" şirkəti arasında investisiya müqaviləsi imzalanıb. Sənədə əsasən, AİŞ ölkə iqtisadiyyatına töhfə verə biləcək bu şirkətin startaplarına investisiya qoyacaq.



Report
Şərhlər
Dünya bölməsinin xəbərləri