Çempionlar Liqasında pley-off mərhələsinin cütləri bəlli olub



UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

 Bakı vaxtı ilə saat 14:00-da başlayan tədbirdə aşağıdakı cütlər müəyyənləşib.

Çempionlar Liqası

Pley-off mərhələsi

Çempionlar Yolu

"Qarabağ" (Azərbaycan) / "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi – “Şerif” (Moldova) / “Viktoriya” (Çexiya) cütünün qalibi

“Budö/Qlimt” (Norveç) / “Jalqiris” (Litva) cütünün qalibi – “Ludoqorets” (Bolqarıstan) / “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi

“Makkabi” (Hayfa, İsrail) / “Apollon” (Kipr) cütünün qalibi – “Srvena Zvezda” (Serbiya) / “Pünik” (Ermənistan) cütünün qalibi

“Kopenhagen” (Danimarka) – “Trabzonspor” (Türkiyə)

Liqa yolu

“Şturm” (Avstriya) / “Dinamo” (Kiyev, Ukrayna) cütünün qalibi – “Benfika” (Portuqaliya) / "Midtüllann" (Danimarka) cütünün qalibi

"Yunion" (Belçika) / “Reyncers” (Şotlandiya) cütünün qalibi – “Monako” (Fransa) / PSV (Niderland) cütünün qalibi

İlk oyunlar 16/17 avqustda, cavab görüşləri 23/24 avqustda olacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri