Çempionlar Liqası: "Qarabağ" Macarıstan klubu ilə heç-heçə edib
- 03.08.2022, 22:03,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
LIVE.az-ın məlumatına görə, klubumuz III təsnifat mərhələsinin ilk matçında Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan və isveçli FIFA referisi Andreas Ekberqin idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
17-ci dəqiqədə qonaqlar hesabı açıblar, Frank Boli fərqlənib.
34-cü dəqiqədə “Qarabağ” hesabı bərabərləşdirib. Filip Ozobiçin cərimə zərbəsini qapıçı qaytarsa da, topa hamıdan birinci çatan Kvabena Ovusu tarazlığı bərpa edib.
İkinci yarıda “Ferentsvaroş”u tamamilə müdafiə olunmağa məcbur edən “köhlən atlar” 50-ci dəqiqədə Vadji ilə növbəti dəfə rəqib qapısı qarşısında təhlükə yaradıb. Lakin son anda müdafiəçilər seneqallı hücumçunun fərqlənməsinin qarşısını alıblar. Son dəqiqələrdə komandaların səylərinə baxmayaarq, qarşılaşmada qalib müəyyənləşməyib.
Komandalar arasında cavab qarşılaşması avqustun 9-da Budapeştdə keçiriləcək.
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtl Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. "Qarabağ" - "Ferentsvaroş" cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) – "Şkupi" (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.