TƏBİB meymunçiçəyindən qorunmağın üsullarını açıqlayıb
- 04.08.2022, 21:40,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Meymunçiçəyinin əlamətləri açıqlanıb.
TƏBİB-dən mediaya verilən məlumata görə, meymunçiçəyinin əlamətləri baş ağrıları, bədənin hər hansısa hissəsində yaranan qabarıq səpgilər, yüksək hərarət, düz bağırsaqda iltihab və ağrı, limfa düyünlərində şişkinlik və əsasən bel ağrıları ilə özünü biruzə verə bilər.
"Əgər meymunçiçəyi xəstəliyinə yoluxduğunuzu düşünürsünüzsə həkiminizlə əlaqə saxlayın. Daha sonra həkim tövsiyəsinə uyğun olaraq meymunçiçəyi ilə bağlı test verin.
Meymunçiçəyindən qorunmaq üçün əllərinizi tez-tez sabun ilə yuyun, dezinfeksiyaedici vasitələrdən istifadə edin. Xəstəliyin simptomlarını hiss etdiyiniz insanlarla ünsiyyətdən çəkinin, onlarla aranızda fiziki məsafə saxlayın",- qurumdan qeyd edilib.