Bayden Filippin Prezidentini ABŞ-a dəvət edib


ABŞ Prezidenti Cozef Bayden Filippin Prezidenti Ferdinand Markosu ABŞ-a səfərə dəvət edib, səfərin tarixləri hələ işlənilir.

Bu barədə Filippinin xarici işlər naziri Enrike Manalo ABŞ Dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında bildirib.

“Prezident Bayden Prezident Markosu ABŞ-a səfərə dəvət edib. Səfərin nə vaxt baş tutacağı hər iki prezidentin iş qrafikindən asılı olacaq. Ortaq tarix ilə bağlı razılıq əldə olunsa, bu səfərin baş tutmasına nail ola bilərik”, - nazir deyib.




Report
Şərhlər
Dünya bölməsinin xəbərləri