“Amnesty İnternational”ın qərəzli hesabatı narazılıq yaradıb
- 08.08.2022, 12:05,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Amnesty İnternational” hüquq-müdafiə təşkilatının Ukrayna ilə bağlı qərəzli hesabatı bir sıra rəsmi şəxslər, mətbu orqanları tərəfindən narazılıqla qarşılanıb.
Britaniyanın “The Times” nəşri qalmaqallı hesabatdan sonra “Amnesty International”I Putinin təbliğatçıları adlandırıb.
Litvanın müdafiə naziri Arvidas Anuşauskas “Amnesty İnternational” təşkilatının Ukrayna Silahlı Qüvvələrinin şəhərlər daxilində müdafiə üsulları ilə bağlı hesabatını pisləyib. Nazir bildirib ki, bu, “Amnesty İnternational”ın beynəlxalq hüquqa məhəl qoymayan ilk hal deyil.
Arvidas Anuşauskasın sözlərinə görə, bu, təşkilatın Rusiyanın hərəkətlərinə bəraət qazandırmaq cəhdidir.
“Yadda saxlamaq lazımdır ki, Ukrayna hərbi qüvvələri məhz öz ərazilərini Rusiyanın işğal cəhdlərindən qoruyur. Yəni Ukrayna hərbi komandanlığı nöqteyi-nəzərindən onların həqiqətən də bu şəhər və kəndlərin içində olmaqdan başqa alternativləri yoxdur və buna görə də sual olunur ki, əsgərlər harada yaşayacaq?”, - FRANCE 24-dən Qulliver Kreqq bildirib.
Qeyd edək ki, rəsmi Kiyev “Amnesty International” təşkilatının Rusiya qüvvələrinə qarşı müharibə zamanı ukraynalı əsgərlərin cəbhə xəttində məktəb və evlərdən istifadə etməsi ilə bağlı hesabatına qarşı çıxıb.
Təşkilatın Ukrayna ofisinin direktoru Oksana Pokalçuk Ukrayna Silahlı Qüvvələrinə qarşı ittihamlar dərc edildikdən sonra qurumdakı vəzifəsindən istefa verib.
“Amnesty İnternational” daha sonra Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı qərəzli hesabatına görə üzr istəyib.
Xatırladaq ki, bu, təşkilatın ilk qərəzli hesabatı deyil. “Amnesty International” daha əvvəl də Azərbaycana qarşı qərəzli hesabatlar yayıb. Təşkilatın xüsusən ikinci Qarabağ müharibəsi ilə bağlı hesabatı birərəfli, qərəzli idi.
Report