Hulusi Akar: "Cənubi Qafqazdakı durum Ermənistan üçün yaxşı bir fürsətdir"
- 09.08.2022, 15:47,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycan bizim qardaşımızdır, dostumuzdur. 30 ildir danışıqlar aparılırdı, 1 milyondan çox qaçqını, məcburi köçkünü var idi, ərazisinin 20 %-i işğal altında idi”.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib.
“Amma otuz il ərzində bütün bunları heç kim vecinə almadı. ATƏT-in Minsk qrupunun həmsədrləri 30 il gedib-gəlirdilər. Azərbaycanlı qardaşlarımız "artıq bəsdir" deyərək 44 günlük müharibə nəticəsində Azərbaycan ərazilərinin təhlükəsizliyini təmin edib. Eyni zamanda, qeyd etmək lazımdır ki, Cənubi Qafqazdakı durum sülh və əmin-amanlığın bərqərar olması baxımından Ermənistan üçün yaxşı bir fürsətdir”, - o bildirib.
Report