Azərbaycan iqtisadiyyatı 6%-dən çox böyüyüb
- 09.08.2022, 15:48,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 74 155,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 % azalıb, qeyri neft-qaz sektorunda isə 9,9 % artıb.
ÜDM istehsalının 52,9 %-i sənaye, 7,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6 %-i nəqliyyat və anbar təsərrüfatı, 5 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 %-i tikinti, 1,4 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 %-i informasiya və rabitə sahələrinin, 14,3 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 %-ni təşkil edib
İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 56,2 % artaraq 7 376 manat olub.
Report