Trampın vergi bəyannamələrinin konqresmenlərə paylanmasına icazə verilib
- 10.08.2022, 12:57,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Kolumbiya Dairə Apellyasiya Məhkəməsi ABŞ-ın keçmiş Prezidenti Donald Trampın vergi bəyannamələrinin Nümayəndələr Palatasının Gəlir və Xərclər Komitəsinə təhvil verilməsinə dair qərar qəbul edib.
Bu barədə “Report” “Axios” portalına istinadən xəbər verir.
Qeyd olunub ki, Tramp çox güman ki, məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.
Xatırladaq ki, Baş Prokurorluq funksiyasını yerinə yetirən ABŞ Ədliyyə Nazirliyi ötən ilin iyulunda ölkənin maliyyə departamentinin Trampın vergi bəyannamələrini Konqresin aşağı palatasının sözügedən komitəsinə ötürməsi barədə rəy verib.
Tramp daha sonra məhkəməyə müraciət edərək bu sənədlərin qanunvericilərə təqdim edilməsinə qadağa qoymağa çalışıb. Respublikaçı Tramp izah edib ki, demokratların onun vergi bəyannaməsi tələbi qanunsuzdur və yalnız siyasi qazanc əldə etmək istəyi ilə bağlıdır.