DÇ-2022: Mundial vaxtından əvvəl başlaya bilər



Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı nəzərdə tutulan vaxtdan əvvəl başlaya bilər.

 FIFA Qətər və Ekvador arasındakı açılış matçını bir gün əvvəl - noyabrın 20-də keçirmək istəyir.

Mümkün dəyişikliyin səbəbi açıqlanmayıb. Məsələ ali futbol qurumunun prezidenti Canni İnfantino və konfederasiya rəhbərlərinin iştirakı ilə baş tutacaq səsvermənin nəticələrinə əsasən həllini tapacaq.

Qeyd edək ki, DÇ-2022-nin noyabrın 21-dən dekabrın 18-dək keçirilməsi planlaşdırılır.



Report, Marca
Şərhlər
İdman bölməsinin xəbərləri