Berluskoni İtaliya Senatına keçiriləcək seçkidə namizədliyini irəli sürəcək


İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni sentyabrın 25-də Parlamentin yuxarı palatasına (Senat) keçiriləcək seçkidə namizədliyini irəli sürəcəyini açıqlayıb.

Bu barədə 85 yaşlı siyasətçi “Radio 1”ə müsahibəsində bildirib.

“Düşünürəm ki, Senata namizədliyimi irəli sürəcəyəm. Bununla da çoxsaylı xahişləri yerinə yetirəcəyəm”, - o vurğulayıb.

Xatırladaq ki, o, “İtaliya Qardaşları” və “Liqa” partiyaları ilə birlikdə sağ mərkəzçi koalisiyaya daxil olan “İrəli, İtaliya” Partiyasının lideridir. Son sorğular göstərir ki, bu koalisiyanın payızda keçiriləcək seçkidə qələbə qazanmaq ehtimalı yüksəkdir.



Report
Şərhlər
Dünya bölməsinin xəbərləri