Yuri Syomin: "Qarabağ"ın qələbəsində gözlənilməz heç nə yoxdur"


"Nəticəni gördüm. Yalnız onu deyə bilərəm ki, "Ferentsvaroş" yaxşı komandaya uduzdu".

Bunu "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin "Ferentsvaroş"un Macarıstanda "Qarabağ"a 1:3 hesabı ilə məğlub olduğu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu barədə TASS-a açıqlamasında deyib.

75 yaşlı mütəxəssis Azərbaycan çempionunun çox ciddi komanda olduğunu bildirib: "Daim avrokubokların qrup mərhələsində çıxış edir, böyük xal fərqlə ölkə çempionatının qalibi olur. Ona görə də burada gözlənilməz heç nə yoxdur".

Qeyd edək ki, Yuri Syomin 2013/2014 mövsümündə "Qəbələ"nin baş məşqçisi olub. O, Rusiya millisi ilə yanaşı, ölkəsinin "Lokomotiv", "Dinamo" (hər ikisi Moskva), "Anji" və "Rostov" klublarına da rəhbərlik edib.



Report
Şərhlər
İdman bölməsinin xəbərləri