Nyu-Yorkda bıçaqlı hücuma məruz qalan məşhur yazıçı Salman Rüşdinin son vəziyyəti açıqlanıb
- 13.08.2022, 15:02,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Nyu-Yorkda hücuma məruz qalan məşhur yazıçı Salman Rüşdinin son vəziyyəti açıqlanıb.
LIVE.az xəbər verir ki, Nyu York şəhər qubernatoru Kathy Hokul bıçaqlanma zamanı çoxlu qan itirən Rüşdiyə lazım olan qayğının göstərildiyini bildirib.
Həkim Martin Haskell Rüşdinin yaralarının ciddi, lakin müalicəsinin mümkün olduğunu bildirib.
75 yaşlı yazıçı institutda mühazirə deyərkən qara geyimli və maskalı şəxsin hücumuna məruz qalıb. Boynundan yumruq və bıçaq zərbələri aldıqdan sonra o, yerə yıxılıb.
Hücum edən şəxsin yaxalandığı bildirilib.
Salman Rüşdi Nyu-Yorkda hücuma məruz qalıb
Hindistan əsilli britaniyalı yazıçı Salman Rüşdi Nyu-Yorkda “Chautauqua” İnstitutunda mühazirəsindən əvvəl hücuma məruz qalıb.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşrin məlumatına görə, naməlum şəxs səhnəyə çıxaraq Ruşdini çıxışına başlamamış döyməyə başlayıb. Hücum edən şəxs saxlanılıb. Ehtimal ki, onun əlində bıçaq olub.
S.Ruşdi Hindistanın Bombey (indiki Mumbay) şəhərində anadan olub. Yazıçının “Şeytan ayələri” romanı müsəlmanların şiddətli etirazına səbəb olub. İranın dini lideri ayətullah Xomeyni fətvasında Ruşdini açıq şəkildə lənətləyərək onu, o cümlədən kitabın nəşrində iştirak edən bütün şəxsləri ölüm hökmünə məhkum edib və dünya müsəlmanlarını bunu yerinə yetirməyə çağırıb.
Yazıçı 2016-cı ildə 2000-ci ildən yaşadığı ABŞ vətəndaşlığını alıb.
Report, Qazeta.ru