DSX: "Əcnəbilərin öz ölkələrinə dönüşünə məhdudiyyət tətbiq olunmur"
- 19.08.2022, 22:35,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq dövlət sərhəd buraxılış məntəqələri fəaliyyət göstərir. Belə ki əcnəbilərin öz ölkələrinə dönüşünə məhdudiyyət tətbiq olunmur. Yükdaşımalarla bağlı fəaliyyətdə də hər hansı bir məhdudiyyət yoxdur”.
Bu fikirləri Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.
O xatırladıb ki, əcnəbilər Azərbaycana gələn zaman hava yolundan istifadə etməlidirlər: “Vətəndaşlarımız da ölkə ərazisini tərk edən zaman hava yolundan istifadə etməlidirlər. Hökumətin sentyabrın 1-nə qədər olan qərarı Türkiyə ilə buraxılış məntəqəsində də tətbiq olunur”.