Tina Karol Bakıda konsert verəcək.

  
Noyabrın 15-də 20.00-da  Ukraynanın Xalq artisti, “Avroviziya-2006”nın iştirakçısı Tina Karol Heydər Əliyev Sarayında konsert verəcək.

 Estrada ulduzu Tina Karolun indiyədək 3 albomu və 8 sinqlı işıq üzü görüb. 2006-cı ildə buraxdığı “Show Me Your Love” (Mənə sevgini göstər) albomu uğur qazanıb və Ukrayna müğənnini “Avroviziya-2006” mahnı müsabiqəsinə göndərməyi qərara alıb. Yunanıstanın paytaxtı Afinada keçirilmiş müsabiqədə T.Karol “Show Me Your Love” mahnısını ifa edərək yeddinci yerə layiq görülüb.

Qeyd edək ki, Rusiyanın Maqadan vilayətində yerləşən Orkutan qəsəbəsində anadan olan 37 yaşlı müğənni T.Karol 1992-ci ildə ailəsi ilə birlikdə Ukraynaya köçüb. 2004-cü ildə Kiyev Ali Musiqi Məktəbini bitirib. “Novaya volna-2005” müsabiqəsində iştirak etdikdən sonra Ukraynada populyarlıq qazanıb.

Tamaşaçıları möhtəşəm şou, unikal vokal və hərarətli rəqslər gözləyir!





 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri