"Qırmızı Kitab"a düşən maral növü Kiçik Qafqaza köçürüləcək


"Qırmızı Kitab"a düşən nəcib maralın Böyük Qafqaz ərazisindən saylarının artırılaraq Kiçik Qafqaz ərazisinə köçürülməsi nəzərdə tutulur".

LİVE.az-ın report-a istinadla verdiyi xəbər görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, artıq bu istiqamətdə ilkin addımlar atılır: "Bu tədbirlər bezoar keçisi üçün də keçərlidir. Onların tutularaq saylarının çoxaldılması planlaşdırılır. Mərhələli şəkildə digər heyvan növlərinin də sayının artırılması planda var".
Şərhlər
Sosial bölməsinin xəbərləri